Miqrantlar arasında 179 uşaq olub. Miqrantlar arasında 179 uşaq olub.

376 miqrant ABŞ-a yeraltı yolla keçdi - Təslim oldular

Miqrantlar arasında 179 uşaq olub.

ABŞ ilə Meksika sərhədindəki divarın altından qazılmış lağım vasitəsilə 376 nəfərlik qanunsuz miqrant qrupu ABŞ ərazisinə keçib.

ABC telekanalına istinadən xəbər verilir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Xidməti bildirib.

Telekanal hadisənin yanvarın 14-də baş verdiyini, miqrantlar arasında 179 uşaq olduğunu diqqətə çatdırıb: “Rekord sayda bir qrup 3,6 metr hündürlükdəki metal divar altından yarımmetr enində lağım qazıb Arizona ştatı Yuma şəhəri yaxınlığında ABŞ ərazisinə keçib və dərhal da sərhədçilərimizə təslim olublar”.

Gömrük və Sərhəd Xidməti nümayəndələri bildiriblər ki, son vaxtlar ABŞ – Meksika sərhədinin uşaqlı miqrantların qanunsuz keçməsi getdikcə daha geniş vüsət alır. Onların böyük əksəriyyəti ABŞ-da sığınacaq almaq ümidi ilə ən qısa vaxtda sərhədçilərə təslim olurlar. (Report)