Ötən il Ukraynada ölüm doğum hallarını təxminən iki dəfə üstələyib. Ötən il Ukraynada ölüm doğum hallarını təxminən iki dəfə üstələyib.

Bir ildə Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb

Ötən il Ukraynada ölüm doğum hallarını təxminən iki dəfə üstələyib.

Nəticədə 2018-ci ildə ölkədə əhalinin sayı 210 min nəfərə yaxın azalıb.

Bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən il hər 100 ölümə 58 doğuş qeydə alınıb.

2017-ci illə müqayisədə ötən ildə doğum halları 7 faiz azalıb. Belə ki, 2017-ci ildə ölkədə 335,5 min nəfər doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 312,6 min təşkil edib.

Qeyd edək ki, hazırda Ukraynanın əhalisi 42 milyon 177 min nəfərdir.(AZƏRTAC)

AzNews.az