Avstraliyanın cənubunda 50 dərəcəlik istilər

Cənubi Avstraliya ştatında havanın hərarəti rekordu təzələyərək 50 dərəcəyə çatıb.

Interfax informasiya agentliyi xəbər verir ki, Seduna şəhərində artıq iki gündür temperatur 48,6 dərəcədən aşağı düşmür.

Avstraliyanın enerji şəbəkələri operatoru Cənubi Avstraliya və Viktoriya startlarının ərazisində kondisionerdən aktiv istifadə səbəbindən elektrik enerjisi ilə bağlı problemlərin ola biləcəyini deyib.

İsti hava şəraiti yanvarın 25-də də davam edərək Viktoriya və Yeni Cənubi Uels ştatlarına yayılacaq.

Yanvarın 25-də Novak Cokoviç və Lukas Pouille arasında tennis üzrə Avstraliya açıq çempionatının yarımfinalının keçiriləcəyi Melburn şəhərində havanın hərarətinin 43 dərəcə olacağı gözlənilir.(AZƏRTAC)

© AzNews.az