Bunu Ceri Mettyus Matjila deyib. Bunu Ceri Mettyus Matjila deyib.

BMT TŞ Venesueladakı hadisələri müzakirə edəcək

Bunu Ceri Mettyus Matjila deyib.

BMT Təhlükəsizlik Şurası Venesuelada baş verən hadisələri müzakirə etmək üçün şənbə günü növbədənkənar iclas keçirəcək.

Bunu jurnalistlərə CAR-ın dünya təşkilatındakı daimi nümayəndəsi Ceri Mettyus Matjila deyib.

"Təhlükəsizlik Şurası şənbə günü Venesuela problemini müzakirə etmək üçün görüş keçirəcək", - deyə Matjila bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb. (report)

AzNews.az