Haaqada yaşayış binasında partlayış baş verib - FOTO - VİDEO

Dağıntıların altında insanların qala biləcəyi ehtimal edilir.

Niderlandda partlayış baş verib.

Bu barədə yerli "RTL News" portalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, Haaqada qeydə alınıb. Bildirilir ki, partlayış nəticəsində 3 ev dağılıb. Dağıntıların altında insanların qala biləcəyi ehtimal edilir.

Yerli yanğınsöndürmə xidmətinin əməkdaşı bildirib ki, hadisəyə qaz sızması səbəb ola bilər.

Daha əvvəl Niderlandın Brabant əyalətinin Helmond şəhərində naməlum şəxsin maşına atəş açması nəticəsində 15 yaşlı gənc və 2 yaşlı qız yaralanıb. (report)

AzNews.az

image description image description