Onlar Fərat çayının şərqində Harab İşk və Sırrin hərbi hava bazalarına gəlib. Onlar Fərat çayının şərqində Harab İşk və Sırrin hərbi hava bazalarına gəlib.

ABŞ Suriyaya daha 600 hərbçi göndərdi - "Əsgərlərimizi çəkirik" demişdi

Onlar Fərat çayının şərqində Harab İşk və Sırrin hərbi hava bazalarına gəlib.

ABŞ-ın çıxmağa dəstək olmaq üçün göndərdiyi əlavə 600 əsgər Suriyaya çatıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, təqribən 600 ABŞ əsgəri dünən Fərat çayının şərqində yerləşən Harab İşk və Sırrin hərbi hava bazalarına gəlib.

Əsgərlərin qruplar halında bazalara gedəcəyi, təxliyyə başlayanda isə Harab İşk və Sırrinin əsas təxliyyə mərkəzi kimi istifadə ediləcəyi öyrənilib.

Haseke bölgəsinin şimal-şərqindəki Rümeylan və şimalındakı Tel Beyderdəki bazalar isə ağır texnikanın hava yolu ilə təxliyyəsi üçün istifadə ediləcək.

Pərvanə Ağazadə

AzNews.az