İŞİD YPG-nin irəli sürdüyü şərtləri qəbul etmədiyi üçün müharibə yenidən başlayıb. İŞİD YPG-nin irəli sürdüyü şərtləri qəbul etmədiyi üçün müharibə yenidən başlayıb.

Suriyada YPG-İŞİD müharibəsi başladı

İŞİD YPG-nin irəli sürdüyü şərtləri qəbul etmədiyi üçün müharibə yenidən başlayıb.

Suriyanın İraqla sərhəddəki, Deyr əz Zor qəsəbəsində YPG/PKK terror təşkilatı ilə İŞİD terror təşkilatı arasında amansız savaş başlayıb.

İŞİD YPG-nin irəli sürdüyü şərtləri qəbul etmədiyi üçün müharibə yenidən başlayıb.

YPG İŞİD-ə təhlükəsiz təxliyə qarşılığında onun Mosulu işğal etdiyi zaman banklardan oğurladığı qızıl külçələrin verilməsini şərt kimi irəli sürüb. Həmçinin İŞİD əsirliyində olan YPG üzvlərinin azadlığa buraxılmasını istəyib.

Bu şərtlər İŞİD tərəfindən rədd edildikdən sonra yanvarın 24-dən silahlar yenidən işə düşüb. İddia olunur ki, Boğaz massivində çoxlu sayda əcnəbi millətdən olan İŞİD üzvləri var.

ABŞ liderliyində qurulan koalisiya iki terror təşkilatı arasında aparılan danışıqların davam etməsi üçün ötən həftənin əvvəllərində susqunluq nümayiş etdirib. Ancaq razılaşma olmadığı üçün bazar günü yenidən Boğaz və ətraf ərazilərə havadan zərbələr endirməyə başlayıb.

Hazırda İŞİD əsasən, Deyr əz Zor istiqamətində yalnız Bogaz bölgəsində mövcuddur. Fəratın qərb hissələrində isə Bəşər Əsəd qüvvələri mövqe tutub.(teleqraf.com)

© AzNews.az