Qulaqları kəsilib, dişləri çıxarılıb. Qulaqları kəsilib, dişləri çıxarılıb.

Cadugər olduqlarına görə 6 uşağı tikələrə ayırdılar - Dəhşət

Qulaqları kəsilib, dişləri çıxarılıb.

Tanzaniyanın Njombe bölgəsində qulaqları kəsilmiş, dişləri çıxarılmış 6 uşağın meyiti tapılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqların 2-9 yaş arasında olduğu, bəzilərinin bütöv bədənlərinin belə tapılmadığı bildirilir.

Najombedə məhkəmə hakimi Ruth Msafiri deyib ki, bu sırf batil inancla əlaqədar bir cinayətdir. Tanzaniyada bir çox insan hələ də inanclardan yardım umur.

Polis üçü eyni ailədən olan qurbanların ailəsinin yaxın qohumunu şübhəli qismində saxlayıb.

Dekabrın əvvəlindən etibarən Njombe bölgəsində cəmi 10 uşaq itkin düşüb, onlardan dördü sağ qalıb.

Bölgədəki bəzi "sehrbazlar" onların yanına kömək üçün gələn insanlara deyirlər ki, bəzi bədən hissələri sağlamlıq və zənginlik gətirir. Onları kəsmək lazımdır.

Yerli hakimiyyət orqanlarının rəsmiləri ailələrə diqqətli olmaq xəbərdarlığını ediblər.

Fəridə Abdulla

AzNews.az