Meyitin yarılmasından sonra məlum olub ki, onun qardaşı deyil. Meyitin yarılmasından sonra məlum olub ki, onun qardaşı deyil.

Tanımadığı şəxsi öldürdü - qardaşı sanıb

Meyitin yarılmasından sonra məlum olub ki, onun qardaşı deyil.

ABŞ sakini xəstəxanada yanlışlıqla komada olan xəstəni qardaşı bilərək, süni nəfəs aparatından ayırmaq üçün həkimlərə müraciət edib.

AzNews.az New York Post-a istinadən xəbər verir ki, 2018-ci ilin iyulunda 40 yaşlı ABŞ sakini Freddy Clarence Williamsi narkotikin yüksək dozasından huşunu itirmiş vəziyyətdə xəstəxanaya çatdırıblar. Xəstəxananın əməkdaşları Shirell Powellə zəng edərək, qardaşı Freddinin ölümcül vəziyyətdə olduğunu bildiriblər.

Məlum olub ki, həmin şəxsin adı, soyadı, doğum tarixi Şerilin qardaşı ilə üst-üstə düşür.

İki həftə sonra edilən testlərdən sonra məlum olub ki, Freddinin beyni ölüb. Qadın ümidsizcəsinə qohumları ilə birlikdə xəstəxanaya gələrək, qardaşını süni nəfəs aparatından ayırmağa icazə verən sənədi imzalayıb.

Meyitin yarılmasından sonra məlum olub ki, bu, Şerilin qardaşı deyil. Əslində isə onun qardaşı ötən ilin iyulundan həbsxanadadır.

Fəridə Abdulla

AzNews.az