BMT əməkdaşları 59 kütləvi məzar aşkar ediblər. BMT əməkdaşları 59 kütləvi məzar aşkar ediblər.

Konqoda ötən ay 535 mülki şəxs öldürülüb

BMT əməkdaşları 59 kütləvi məzar aşkar ediblər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertlərinin apardıqları ilkin təhqiqat nəticəsində silahlı münaqişələrin davam etdiyi Konqo Demokratik Respublikasında (KDR) ötən ay 535 mülki şəxsin öldüyü açıqlanıb.

Bu qətlləri kimin törətdiyi tam dəqiqləşməsə də, məlum olub ki, kütləvi qırğınlar çox yaxşı təşkil olunub.

2018-ci ilin dekabrında təşkilatın insan hüquqları üzrə Ali komissarına KDR-in Yumbi əyalətindəki dörd kənddə etnik zəmində banunu və batend icmaları arasında baş vermiş silahlı münaqişədə yüzlərlə adamın öldüyü barədə məlumat daxil olub. Hadisə yerinə səfər edən Ali komissarın təşkil etdiyi təhqiqat qrupu 535 mülki vətəndaşın öldüyünü, 11 nəfərin isə yaralandığını müəyyən edib. BMT əməkdaşları silahlı hücumun yaxşı təşkil olunduğunu və qətllərin xüsusi qəddarlıqla törədildiyini də bildiriblər.

Hadisə yerində geniş təhqiqat aparan BMT əməkdaşları 59 kütləvi məzar da aşkar ediblər. Onların sözlərinə görə, hər məzarda onlarla cəsəd basdırılıb və bu cür məzarların sayının daha çox olması istisna edilmir. Eyni zamanda, ölkədə prezident seçkiləri ərəfəsində 967 mülki infrastruktur obyekti, o cümlədən kilsə, məktəb və xəstəxanalar dağıdılıb.

BMT-nin Ali komissarı cinayət faktlarının ölkə rəhbərliyinə təqdim edib və cinayətkarların tezliklə cəzalandırılmasını tələb edib.(AZƏRTAC)

© AzNews.az