Bir milyondan çox uyğur türkü həbsxanalar və kütləvi düşərgələrdə saxlanılır. Bir milyondan çox uyğur türkü həbsxanalar və kütləvi düşərgələrdə saxlanılır.

Çində uyğur ziyalılarından xəbər yoxdur

Bir milyondan çox uyğur türkü həbsxanalar və kütləvi düşərgələrdə saxlanılır.

Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki uyğur ziyalıları və elm adamlarından xəbər yoxdur.

Çoxlu sayda uyğur ziyalısı və elm adamlarının kütləvi düşərgələrdə saxlanıldığından şübhəlinilir.

2016-cı ildə indiyədək “dinin ayrı-seçkilik” ittihamı ilə bir milyondan çox uyğur türkünün həbsxanalar və kütləvi düşərgələrdə saxlanıldığı təxmin edilir.

Məlumata görə, Avropa Parlamenti, Beynəlxalq Əvf Təşkilatı (“Amnesty International”) və Beynəlxalq İnsan Haqları Təşkilatının (“HRW”) hesabatına əsasən, uzun müddətdir barələrində məlumat almaq mümkün olmayanlar, Çin hakimiyyəti tərəfindən həbsxanaya salınan, yaxud kütləvi düşərgələrdə saxlanılanlar arasında uyğur elm və sənət adamları, peşəkar idmançılar və başqa sahənin tanınmış şəxsləri də var.

Avropa Parlamenti 2018-ci il oktyarbın 4-də uyğur cəmiyyətinin ən tanınmış din xadimləri Məhəmməd Salih Hajim, akademik Əbdülnehed Məhsum və Ayhan Memetin kütləvi düşərgələrdə saxlanılan zaman vəfat etmələrindən narahat olduğunu bildirmişdi.

Parlamentin hesabatında adı çəkilənlərdən Əli Mahmut, Hailaite Niyazi, Memetjan Abdulla, Əbdülxəlil Zunub və Əbdükərim Əbdülvəli kimi akademiklər beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Çin hakimiyyəti tərəfindən “özbaşınalığa” görə həbsdə saxlanılırlar.

Sənəddə keçmiş Uyğur Kültür və Mədəniyyət Araşdırmaları İnstitutunun sədri, doktor Rahilə Davudun yoxa çıxması beynəlxalq ictimaiyyətin müzakirəsinə səbəb olmuşdu.

Beynəlxalq Əfv Təşkilatının “Çin: Bu insanlar harada?” başlıqlı hesabatında Rahilə Davudun qızı Əqidənin anasından 2017-ci ilin dekabr ayından indiyədək məlumat əldə edə blmədiyi haqqında dedikləri narathatlıqla yer alıb.

Kütləvi düşərgədə saxlanıldıqlarından şübhələnilən tanınmışların bəzilərinin adları açıqlanıb: Sincan-Uyğur Universitetinin Müəllimlər Şurasının üzvü, doktor Gülpina Taşməmməd, tarixçi, professsor, doktor Əbdülqadir Cəlaləddin, Kaşğar Universitetinin keçmiş müdiri Əkbər Omar, Sincan-Uyğur Universitetinin keçmiş rektoru, professor, doktor Taşpolat Teyyib, yazıçı, professor Əbdürrəhman Bəy, klassik ədəbiyyat üzrə mütəxəssis, professor Qeyrətcan Osman, “Uyğursoft” texnologiya firmasının qurucusu, elm adamı Alim Əhəd.

Qeyd edək ki, Çin hakimiyyəti uyğur müsəlman türkləri üçün xüsusi “ictimai tərbiyələndirmə düşərgəsi” salıb.(report.az)

AzNews.az