Keniyada göyərtəsində amerikalı turistlərin olduğu helikopter qəzaya uğrayıb. Keniyada göyərtəsində amerikalı turistlərin olduğu helikopter qəzaya uğrayıb.

Keniyada amerikalı turistlər qəzaya düşdü - Ölənlər var

Keniyada göyərtəsində amerikalı turistlərin olduğu helikopter qəzaya uğrayıb.

News.ru-nun məlumatına görə, hadisə nəticəsində azı beş nəfər həyatını itirib.

Qurbanların dördü amerikalı turisti, biri isə yerli uçuş kapitanıdır.

Amerikalı turistlər Turkan bölgəsində yerləşən milli parka baş çəkdikdən sonra iki helikopterdə Nayrobiyə qayıdıb. Helikopterlərdən birinin hansı səbəbə yerə düşdüyü məlum deyil.

İnformasiyaya görə, qəzaya uğramış helikopter şəxsən Keniya prezidenti Uilyam Rutoya məxsus olub.

Sükan arxasında dövlət başçısının şəxsi pilotunun olduğu bildirilir.(oxu.az)

AzNews.az