- Dünyanın halı
- 5 Mart 2019 14:27
- 2 427
Pakistanın hava sahəsi daha bir gün uçuşlara bağlı olacaq

Pakistanın hava sahəsi daha bir gün uçuşlara bağlı olacaq.
“Dawn” agentliyi xəbər verir ki, bu barədə rəsmi İslamabadın yaydığı məlumatda bildirilib. Aviaşirkətlərin diqqətinə çatdırılıb ki, 2019-cu il martın 6-sı yeli vaxtla saat 08:00-dək (Bakı vaxtı ilə 12:00) ölkənin hava məkanı bütün uçuşlar üçün bağlı olacaq. Bununla yanaşı qeyd olunub ki, Kəraçi, Peşəvər, Kvetta və İslamabad hava limanlarından uçuşlar və təyyarələrin qəbul edilməsi istisna təşkil edəcək.
Pakistan hava məkanın fevralı 26-da Hindistan Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin sərhəd bölgəsində uçuşlar həyata keçirməsi və silahlı qruplaşmaların bazalarına hücumlarından sonra bağlayıb. Həmin vaxt pakistanlı hərbçilər Hindistanın iki qırıcı təyyarəsini burub və iki pilotu əsir götürüb.(AZƏRTAC)
AzNews.az