“Bu, bizim Şimal torpaqları ilə bağlı mövqeyimizlə bir araya sığmır”. “Bu, bizim Şimal torpaqları ilə bağlı mövqeyimizlə bir araya sığmır”.

Yaponiyadan Rusiyaya etiraz

“Bu, bizim Şimal torpaqları ilə bağlı mövqeyimizlə bir araya sığmır”.

Yaponiya rus hərbçilərinin Kuril adaları rayonunda planlaşdırılan atəş təlimlərinə görə Rusiyaya etirazını bildirib.

Bu barədə Kyodo agentliyi Yaponiya XİN nümayəndələrinə istinadla məlumat yayıb. Diplomatların sözlərini sitat gətirən agentlik yazır: “Bu, bizim Şimal torpaqları ilə bağlı mövqeyimizlə bir araya sığmır”.

Qeyd edilir ki, martın 3-də Rusiya Yaponiya tərəfini aprelin 4-dən 12-dək davam edəcək atəş təlimləri barədə məlumatlandırıb.

Agentliyin bildirdiyinə görə, təlimlərin keçirilməsi sülh müqaviləsinin imzalanması, həmçinin Yaponiya ilə Rusiya arasında ərazi mübahisəsinin həlli ilə bağlı aparılan danışıqlarda üstünlük qazanmaq məqsədinə xidmət edir.(AZƏRTAC)

AzNews.az