- Dünyanın halı
- 5 Aprel 2019 19:06
- 1 998
Madriddə 13 mərtəbəli binada partlayış: 16 nəfər xəsarət aldı
Binanın və ona yaxın tikililərin sakinləri evakuasiya edilib.
İspaniyanın paytaxtı Madriddə 13 mərtəbəli binada partlayış qeydə alınıb.
Hadisə məişət qazının partlaması nəticəsində baş verib.
Bildirilir ki, yanğın nəticəsində binanın yuxarı mərtəbəsi tamamilə dağılıb, 16 nəfər isə yüngül xəsarətlər alıb.
Məlumata görə, iki nəfər xəstəxanaya yerləşdirilib. Binanın və ona yaxın tikililərin sakinləri evakuasiya edilib.
Hadisə yerində tibb işçiləri və yanğınsöndürənlər çalışır. (ona.az)
AzNews.az