"Xəlifə Hafterin qüvvələrinin hərbi hücumlarına qarşı olduğumuzu açıq şəkildə bildirdik" "Xəlifə Hafterin qüvvələrinin hərbi hücumlarına qarşı olduğumuzu açıq şəkildə bildirdik"

Liviyadakı münaqişənin hərbi yolla həlli yoxdur - Pompeo

"Xəlifə Hafterin qüvvələrinin hərbi hücumlarına qarşı olduğumuzu açıq şəkildə bildirdik"

"ABŞ Tripoli şəhərinin yaxınlığındakı atışmalara görə narahatdır".

AzNews.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

O, qüvvələrin hücumdan əvvəlki vəziyyətlərinə geri qayıtmalı olduğunu bildirib:

"Xəlifə Hafterin qüvvələrinin hərbi hücumlarına qarşı olduğumuzu açıq şəkildə bildirdik və Liviyanın paytaxtında keçirilən əməliyyatların dərhal dayandırılmasını təklif etdik. Qüvvələr hücumdan əvvəlki vəziyyətlərinə geri qayıtmalıdırlar”.

Pompeo Liviyadakı bütün tərəflərin gərginliyi azaltmaqda məsuliyyətli olduğunu və Hafterin tək tərəfli hücumunun yerli insanları təhlükəyə atdığını, bunun Liviyanın gələcəyini təhdid etdiyini vurğulayıb.

“Liviyadakı münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də ABŞ olaraq beynəlxalq müttəfiqlərimizlə birlikdə Liviya liderlərinə BMT-nin baş katibinin xüsusi nümayəndəsi Qassan Selamenin vasitəçilik etdiyi siyasi görüşlərə cavab verməsi üçün təzyiq göstəririk. Bütün liviyalıların təhlükəsizliyi, sabitliyi və rahatlığı üçün tək yol siyasi həlldir”. Pompeo belə deyib.

Pərvanə Ağazadə

AzNews.az