Kilsənin yenidən qurulması üçün pullar toplanır Kilsənin yenidən qurulması üçün pullar toplanır

Notr-Dam üçün yığılan pullar 700 milyon avroya çatdı

Kilsənin yenidən qurulması üçün pullar toplanır

Notr-Dam kilsəsini təmir etmək üçün yığılan məbləğ 700 milyon avroya çatıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə yanğın səbəbi ilə böyük zərər görən Notr-Dam kilsəsinin yenidən qurulması üçün pullar toplanmaqda davam edir.

Qeyd edək ki, iki gün öncə Paris Notr-Dam kilsəsində dəhşətli yanğın baş verib. Hadisə yerinə 400-dək yanğınsöndürən göndərilib. Onlar alovu söndürmək üçün səkkiz saatdan çox mübarizə aparıb. Kilsənin dam örtüyü tamamilə yanıb, əsas qüllə uçub.

Paris Notr-Dam kilsəsinin tikintisinə 1163-cü ildə başlanıb və fasilələrlə 1345-ci ilədək davam etdirilib. Hər il binanı təxminən 13 milyon adam ziyarət edirdi. Kilsədəki bir çox dini və mədəni sərvətləri, o cümlədən İsa peyğəmbərin tacını xilas etmək mümkün olub.

Hadisə yerinə gələn Fransa Prezidenti Emmanüel Makron yanğının "daha çox zərər vura biləcəyini” qeyd edib: "Biz birgə səylərlə Notr-Damı bərpa edəcəyik. Şübhəsiz, bu, uzun illər lazım gələcək”.

Pərvanə Ağazadə

AzNews.az