İndoneziya prezidenti seçkilərdə qələbə qazandığını elan etdi

Prezident rəsmi nəticələri gözləmək lazım gəldiyini vurğulayıb.

İndoneziyanın hazırkı prezidenti Coko Vidado dövlət başçısı postuna dünən keçirilən seçkilərdə qələbə qazandığını elan edib.

Prezident bunu aprelin 18-də Cakartada tərəfdarları ilə görüşü zamanı bildirib. Çoxsaylı sosioloji sorğuların nəticələrinə əsaslanan Coko Vidado deyib ki, o, 54,5 faiz, rəqibi Prabovo Subianto isə 45,5 faiz səs toplayıb.

Prezident, eyni zamanda, rəsmi nəticələri gözləmək lazım gəldiyini vurğulayıb.

Bu ərəfədə prezidentliyə müxalifətdən olan namizəd Prabovo Subianto da seçkilərdə qalib gəldiyini iddia edib və bildirib ki, uduzacağı təqdirdə özünün on minlərlə tərəfdarını küçələrə çıxaracaq.

İndoneziya Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri aprelin 25-də elan etməlidir. Seçkilərdə qələbə üçün sadə səs çoxluğu kifayət edir.(AZƏRTAC)

AzNews.az