Ukraynada kim qalib gələcək - Zelenski, yoxsa Poroşenko?

Prezident seçkilərinin birinci turu martın 31-də keçirilib

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turu start götürür.

Mübarizə məşhur şoumen Vladimir Zelenski və hazırki Prezident Pyotr Poroşenko arasında gedəcək.

Hər iki namizəd Ukraynanın yeni prezidenti olmaq uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. Sonradan beş nəfər namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.

Səsvermə nəticəsində Vladimir Zelenski və Pyotr Poroşenko ikinci tura keçiblər. (Axar.az)