Saakaşvili Ukraynaya qayıtmaq üçün rəsmi qurumlardan icazə istədi

“Mən güc tətbiqi ilə təyyarəyə mindirilərək, Polşaya sürgün edilmişəm”

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar mənim ölkəyə daxil olmağıma qoyulan qadağanın ləğv edilməsini və Kiyevə evimə dönməyimə imkan yaratmağınız üçün sizə müraciət edirəm”.

Bunu Ukraynanın Odesa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Qritsaka və Sərhəd Xidmətinin rəhbəri Petr Tsiqikala müraciətində bildirib.

O, 2018-ci il fevralın 12-də Ukraynada naməlum şəxslər tərəfindən qaçırılıb, təyyarəyə mindirilərək, ölkədən çıxarıldığını xatırladıb: “Mən güc tətbiqi ilə təyyarəyə mindirilərək, Polşaya sürgün edilmişəm”.

Qeyd edək ki, M.Saakaşvili 2004-cü il yanvarın 25-dən 2007-ci il noyabrın 25-ə, 2008-ci il yanvarın 20-dən 2013-cü il noyabrın 17-dək Gürücüstanın prezidenti, 2015-ci il mayın 30-dan 2016-cı il noyabrın 9-dək Ukraynanın Odessa vilayətinin qubernatoru olub. Ukrayanda korrupsiya və rüşvətxorluğa, ölkənin Daxili işlər naziri Arsen Avakova və başqa oliqarxalara qarşı çıxışlar etdiyi üçün tutduğu vəzifədən azad edilib. Ukrayan Prezidenti Petro Poroşenkonun əmri ilə M.Saakaşvili 2018-ci ilin fevralın 12-də ölkədən çıxarılıb və təyyarəyə mindirilərək Polşaya göndərilib.

M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda Ukrayana qayıdacağını bildirmişdi.(report.az)

AzNews.az