Baş verən döyüşün gedişində 19 suriyalı hərbçi həyatını itirib Baş verən döyüşün gedişində 19 suriyalı hərbçi həyatını itirib

Suriyalı Ben Laden Hələbdə öldürüldü

Baş verən döyüşün gedişində 19 suriyalı hərbçi həyatını itirib

Suriyanın Hələb şəhərində Suriya ərəb ordusunun birləşmələri ilə “Hayat Təhrir Əş-Şam” qruplaşmasının yaraqlıları arasında baş verən toqquşmalarda Ben Laden Əl-Bəniyəsi adlı ekstremist həlak olub.

Lenta.ru-nun məlumatına görə, yaraqlıların xüsusi dəstələri Hələbin qərbində qərar tutan hökumət qüvvələrinə arxa cəbhədən hücum edib.

Baş verən döyüşün gedişində 19 suriyalı hərbçi həyatını itirib. Hücum edən tərəf də itkilər verib. Suriyalı Ben-Ladendən savayı, daha iki ekstremistin kimliyini müəyyən etmək mümkün olub. Öldürülənlərdən biri Yəmən vətəndaşıdır.(oxu.az)

AzNews.az