Bunu Minskdə jurnalistlərə Sergey Qrib bildirib Bunu Minskdə jurnalistlərə Sergey Qrib bildirib

Belarusla Rusiya arasında daha bir gərginlik

Bunu Minskdə jurnalistlərə Sergey Qrib bildirib

Belarus Rusiyadan keyfiyyətsiz neft gəlməsi səbəbindən Ukrayna, Polşa və Baltikyanı ölkələrə yüngül neft məhsullarının – dizel yanacağı və və benzin ixracını dayandırmağa məcbur olub.

Bunu Minskdə jurnalistlərə Belarus Neft Şirkətinin (BNŞ) baş direktorunun müavini Sergey Qrib bildirib.

O qeyd edib ki, sözügedən ölkələrlə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi Rusiyadan idxal olunan neftin keyfiyyəti ilə bağlı məsələlər həll olunana qədər dayandırılıb.

Qeyd edək ki, Rusiyadan Belarusa göndərilən xam neft Belarus zavodlarında emal edildikdən sonra Ukrayna, Polşa və Baltikyanı ölkələrə çatdırılır.(teleqraf.com)

AzNews.az