Ukrayna Ali Radası (parlament) dövlət dili haqqında yeni qanun qəbul edib. Ukrayna Ali Radası (parlament) dövlət dili haqqında yeni qanun qəbul edib.

Ukraynada hamı milli dildə danışmalıdır - Yeni qanun

Ukrayna Ali Radası (parlament) dövlət dili haqqında yeni qanun qəbul edib.

“RİA Novosti” xəbər verir ki, sənədə əsasən vətəndaşlar demək olar ki, bütün həyat sferalarında milli dili istifadə etməlidirlər. Bu, dövlət orqanları və ictimai qurumlara - təhsil müəssisələri, xəstəxanalar və xidmət müəssisələrinə də şamil olunur. Sənəddə yalnız dini ayinlər və xüsusi tədbirlər istisna hal kimi nəzərdə tutulub.

278 deputatın dəstəklədiyi qanuna əsasən xüsusi “dil komissiyası”nın yaradılması nəzərdə tutulub. Bundan başqa, vəzifəli şəxslər üçün imtahanların keçirilməsi, onların dil səviyyəsinin müəyyənləşdirilməsi təklif olunur. Qeyri-qənaətbəxş nəticələrə görə 3400-11900 qriven (128-450 dollar) cərimə nəzərdə tutulub.

Layihə əsasında həmçinin, Ukrayna dilində yaxşı bilməli olan vacib şəxslərin siyahısı müəyyənləşdirir. Bu, nəinki ölkənin yüksək rəhbərliyi - prezident, baş nazir, Nazirlər Kabinetinin üzvlərinə, həm də müəllimlər, tibb işçiləri, hüquqşünaslar və notariuslara təsir edəcək.

Qanun təsdiqlənməsi üçün Prezidentə təqdim olunacaq.(qafqazinfo.az)

AzNews.az