Çavuşoğlu İraqa getdi - Türkmənlərlə görüşəcək

Mövlud Çavuşoğlu İraqın baş naziri ilə üz-üzə gələcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İraqa səfər edib.

AzNews.az xəbər verir ki, o, səfər çərçivəsində baş nazir Bərzani, Baş nazirin köməkçisi Kubat Talabani və Ərbildəki türkmən siyasi nümayəndələrlə görüşəcək.

Çavuşoğlunun İraqdakı təmasları çərçivəsində paytaxt Bağdad və Bəsrədən sonra Ərbilə gedəcəyi bildirilib.

Pərvanə Ağazadə

AzNews.az