Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” qrupunun bir zamanlar minlərlə silahlısı var idi və o, dünyanın ən təhlükəli cihadçı, terrorçu təşkilatı sayılırdı. Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” qrupunun bir zamanlar minlərlə silahlısı var idi və o, dünyanın ən təhlükəli cihadçı, terrorçu təşkilatı sayılırdı.

Bin Laden öldürüldü, terror səngimək əvəzinə artdı...

Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” qrupunun bir zamanlar minlərlə silahlısı var idi və o, dünyanın ən təhlükəli cihadçı, terrorçu təşkilatı sayılırdı.

“Əl-Qaidə”” terror təşkilatının lideri Üsəma bin Ladenin Pakistanın Abbotabad şəhərində ABŞ qüvvələri tərəfindən öldürülməsinin üstündən səkkiz il keçdi. Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” qrupunun bir zamanlar minlərlə silahlısı var idi və o, dünyanın ən təhlükəli cihadçı, terrorçu təşkilatı sayılırdı. Eyni zamanda bu qrupun önəmli maliyyə qaynaqlarına sahib olduğu güman edilirdi. Lakin Üsəma bin Ladenin öldürülməsi və özünü İslam Dövləti adlandıran (İD-İŞİD) qruplaşmanın ortaya çıxmasıyla, “Əl-Qaidə”nin gücü və nüfuzu nəzərə çarpan dərəcədə azaldı.

Üsamə bin Laden 10 mart 1957-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində, tikinti maqnatı Məhəmməd bin Ladenin ailəsində doğulub. Kral Əbdül Əziz Universitetini tikinti mühəndisi ixtisası üzrə bitirib.

1979-cu ildə Əfqanıstana - sovet qoşunlarına qarşı vuruşmağa yollanıb. 1989-cu ildə ““əl-Qaidə”” təşkilatını yaradıb.

Sovet qoşunları Əfqanıstanı tərk edəndən sonra vətənə qayıdan bin Laden 1991-ci ildə hakimiyyət əleyhinə fəaliyyətdə günahlandırılaraq ölkədən çıxarılıb və Sudana yollanıb. Bu ölkədə müsəlmanları cihada ruhlandırmaq üçün təlim mərkəzləri yaradan bin Laden ABŞ və digər Qərb ölkələrinə qarşı cihada açıq çağırışlar edib.

1996-cı ildə Sudandan da qovulan “Əl-Qaidə” lideri Əfqanıstanda qərar tutub. Həmin il onun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanında 19 ABŞ hərbçisi öldürülüb. 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirlikləri partladılıb. 2001-ci il sentaybrın 11-də isə ABŞ-da 3000 nəfərə yaxın adamın ölümü ilə nəticələnən terror aktları törədilib. “Ql-Qaidə”nin 2002-2003-cü illərdə də bir neçə terror aktının (Tunisdə, İndoneziyada, Türkiyədə) təşkilatçısı olduğu bildirilir.

Binn Laden ile ilgili görsel sonucu

Bəzi məlumatlara görə, bin Ladenin 4 arvadı, 19 övladı olub.

“Əl-Qaidə”nin hazırkı lideri Əyman əz-Zəvahiri 2015-ci ildəki çıxışlarının birində təqdim etdiyi gənci təşkilatın gələcək lideri kimi təsvir edib. BBC-nin məlumatına görə, Əyman əz-Zəvahiri həmin gənci “yuvadan çıxan bir aslan” kimi təsvir edib. Həmin “aslant” bir çoxlarının gələcək “Əl-Qaidə” lideri saydığı Həmzə bin Ladendir - Üsamə bin Ladenin oğullarından biri.

ABŞ Həmzə bin Ladeni rəsmən “qlobal terrorçu” kimi tanıyıb və onun yeri barədə məlumat verənlərə 1 milyon dollaradək mükafat vəd edib.

ABŞ XİN-in “axtarılır” başlıqlı elanında göstərilmiş Həmzə bin Ladenin harada olduğu bilinmir.

30 yaşında olan Həmzə bin Laden, “Əl-Qaidə”ni dəstəkləyən vebsaytlarda bu təşkilatın gələcək lideri kimi göstərilib.

Həmzə bin Laden son illərdə atasının intiqamının alınması üçün tərəfdarlarını ABŞ və Qərb hədəflərinə hücum etməyə çağıran müraciətlər yayıb.

Londondakı “Chatham House” təhlil mərkəzinin Yaxın Şərq və Şimali Afrika bölümünün rəhbəri Lina Khatib hesab edir ki, İŞİD xilafətinin sonu “Əl-Qaidə” şəbəkələrini daha ölçülüb-biçilmiş strategiya yürütməyə sövq edib.

Beləliklə, bin Ladenin ölümündən sonra “Əl Qaidə” zəifləsə də son illərdə səssizcə özünü yenidən bərpa etdiyi və bölgədəki qruplarla ittifaqları gücləndirmək strategiyasını həyata keçirdiyi xəbərləri yayılıb. ABŞ Milli Kəşfiyyatının son hesabatında deyilir ki, yüksək rütbəli “Əl-Qaidə” liderləri “şəbəkə komandalığının qlobal strukturunu gücləndirir, Qərb və ABŞ hədəflərinə qarşı hücumların təşviqini” davam etdirir. Bu yaxınlarda BMT-nin yaydığı bir hesabatda isə qeyd olunub ki, “Əl-Qaidə”nin ambisiyaları və dözümlülüyü artıb və təşkilat öz qlobal təsirini artırmaq niyyətindədir.

Hər bir halda bu bir faktdır ki, Üsəma bin Ladenin 2011-ci ildə öldürülməsindən sonra dünyada terror azalmaq əvəzinə daha da böyük miqyas aldı. Yeni-yeni terror təşkilatları meydana gəldi.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, bin Ladenin öldürülməsindən sonra terror kabusunun daha da şiddətlənməsi bir daha sübut etdi ki, terror təşkilatlarını və onların liderlərini idarə edən daha böyük güclər var. Bu güclərin sırasına iri dövlətləri də daxil etmək olar: “Terror təşkilatları və onların rəhbərləri bir sıra dövlətlərin və qlobal güclərin öz məqsədləri üçün yaratdıqları, lazım olanda düyməsini basıb hərəkətə gətirdiyi təzyiq alətidir. Kim cızılan çevrədən çıxırsa, özünü güclü sayıb ağalarının üzünə ağ olursa aradan götürürlər. Lakin bin Laden nümunəsi göstərdi ki, hansısa terror təşkilatının başçısı ölürsə, bu, heç də dünyada terrorun aradan qalxması ilə nəticələnmir. Çünki terror təşkilatlarının var olmasını, terroru həmin böyük güclər istəyir. Terroru da, terror təşkilatlarını da, terror təşkilatlarının liderlərini də idarə edən qüvvələr var. O qüvvələr müsəlman dünyasında da, xristian dünyasında da var. Bəzi dövlətlər terror təşkilatlarının əli ilə həyata keçirilən terror hadisələri ilə öz siyasi ambisiyalarını reallaşdırmaq, siyasi rəqiblərini əzmək, ondan istədiyini əldə etmək üçün istifadə edirlər. Terrorun Üsamə bin Ladenin öldürülməsindən sonrakı keçən dövrdə dünyanı bürüməsinin əsas səbəblərindən biri budur. Böyük güclər və dövlətlər arasında geosiyasi, geostrareti, qlobal iqtisadi mübarizə gücləndikcə, terror dalğasının da güclənməsi bunun sübutudur”.