Filippin Kanadadakı səfirini geri çağırdı

Diplomatlar 1 gün sonra vətəndə olacaqlar

Filippin Kanadadakı səfir və konsullarını geri çağırıb.

Buna səbəb Kanadanın 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etməsi olub.

Filippin Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Kanadadakı səfir və konsulların geri çağırılması barədə artıq məktub göndərilib və diplomatlar 1 gün sonra vətəndə olacaqlar.

XİN bəyan edib ki, Kanadanın zibilləri yüklənmiş gəmi Filippin sahillərindən uzaqlaşmayana qədər bu belə davam edəcək.(trend.az)

AzNews.az