Forum çərçivəsində 50-dən çox iclas və tədbir keçiriləcək Forum çərçivəsində 50-dən çox iclas və tədbir keçiriləcək

Nur-Sultanda XII Astana iqtisadi forumu keçirilir

Forum çərçivəsində 50-dən çox iclas və tədbir keçiriləcək

Mayın 16-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində XII Astana iqtisadi forumu işə başlayıb.

“Ruhlandıran artım: insanlar, şəhərlər, iqtisadiyyat” mövzusunda keçirilən forumda 74 ölkədən ekspertlər, siyasətçilər, iş adamları, alimlər iştirak edirlər.

Birinci prezident-Elbası Nursultan Nazarbayev, dövlət başçısı Kasım-Jomart Tokayev, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və başqaları forumun açılışında iştirak ediblər.

İkigünlük forumda davamlı inkişafın yeni yolları, insan kapitalının inkişafı, şəhərlərin beynəlxalq bilik və innovasiya mərkəzləri potensialının gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Forum çərçivəsində 50-dən çox iclas və tədbir keçiriləcək.(AZƏRTAC)

AzNews.az

image description