"Vizanı əlbəttə, Moskvadan alırdılar, Kiyev nədir?" "Vizanı əlbəttə, Moskvadan alırdılar, Kiyev nədir?"

Krımı Rusiyanın ərasizi kimi tanıdı - Səudiyyə Ərəbistanından Ukraynaya zərbə

"Vizanı əlbəttə, Moskvadan alırdılar, Kiyev nədir?"

Krım Müsəlmanları Ruhani İdarəsində və Sevastopolda bildiriblər ki, Krım müsəlmanları Məkkəyə həcc ziyarəti üçün vizalarını Səudiyyə Ərəbistanının Ukraynada deyil, Rusiyanın paytaxtındakı səfirliyindən alırlar.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı "İzvestiya" qəzeti yayıb.

Qəzetin müxbirinin "Krımlılar Məkkəyə getmək üçün vizanı hardan alırlar?" sualına Ruhani İdarəsində belə cavab veriblər: "Əlbəttə, Moskvadan alırdılar, Kiyev nədir?".

Səudiyyə Ərəbistanının Rusiyadakı səfirliyinin mətbuat xidməti Krım müsəlmanlarına vizanın Moskvada verilməsini təsdiqləyib.

Rusiya Müftilər Şurasının sədr müavini Ruşan Abbasov isə bildirib ki, viza yarımadanın RF-yə qoşulmasından sonra Moskvada verilir.

"Biz əvvəlcə məsələni qoymuşuq ki, bu, siyasət deyil, dini ziyarətdir", — deyə o, izah edib.

Abbasovun sözlərinə görə, 2017-ci ildə 360 nəfər krımlı Həcc ziyarəti edib, 2014-cü ilədək isə viza Kiyevdə verildikdə bu rəqəm 90-100 nəfər olub. 2018-ci ildə həcc üçün Krımın kvotası 600-a qalxıb.

Babək Göyüş

AzNews.az