Bəşər Əsədin döyüş təyyarələri yaşayış məskənlərini bombaladı

Rəsmi Dəməşq 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmaya baxmayaraq hücumlara davam edir

Rəsmi Dəməşqə aid döyüş təyyarələri “İdlib gərginliyi azaltma bölgəsi”ndəki yaşayış məskənlərini bombalayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava hücumları nəticəsində 6 vətəndaş həlak olub.

Xatırladaq ki, Rusiya və İran 2017-ci ilin 4-5 may tarixlərində Astanada keçirilən iclasda İdlib və ətrafını “Gərginliyi azatlma bölgəsi” elan edib.

Bəşər Əsədin qüvvələri atəşkəsi tez-tez pozduğu üçün Türkiyə və Rusiya əlavə razılaşma imzalayıb. Rəsmi Dəməşq 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmaya baxmayaraq hücumlara davam edir. Razılaşma imzalanandan bu günə qədər 553 mindən çox vətəndaş hava hücumlarından sonra yaşadığı yerlərdən didərgin düşüb.

Pərvanə Ağazadə

AzNews.az