“Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir” “Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”

Əfqanıstanda hava zərbələri nəticəsində daha 14 mülki şəxs öldü

“Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”

Əfqanıstanda mayın 20-22-də hava zərbələri nəticəsində 14 dinc sakin ölüb.

Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) “Twitter”dəki səhifəsində bildirilir.

Məlumata görə, Helmənd və Kunar əyalətlərinə endirilən iki hava zərbəsi nəticəsində ölən 14 nəfər dinc sakin arasında 5 qadın və 7 uşaq da var.

“Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”, - UNAMA qeyd edib. (report)

AzNews.az