"Qoşunlarını Suriyadan çıxartmalıdırlar"

"Rusiya və İrana bir daha təşəkkür etmək istərdim"

“Suriya hökuməti Rusiya və İrana terrorizmə qarşı mübarizədə verdiyi dəstəyə görə təşəkkür edir”.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Suriyanın Xarici İşlər naziri Valid Müallim çinli həmkarı Vanq Yi ilə birgə təşkil etdiyi mətbuat konfransında deyib.

O, bütün xarici qoşunların Suriyanı tərk etməli olduğunu bildirib:

“Bu, ilk növbədə, ABŞ və Türkiyə qoşunlarına aiddir. Eyni zamanda, terrorizmə qarşı mübarizədə göstərdiyi köməyə görə Rusiya və İrana bir daha təşəkkür etmək istərdim”.

Suriyalı diplomatın sözlərinə görə, Suriyada 2011-ci ildən bəri davam edən qarşıdurmalar ölkənin infrastrukturunu tamamilə dağıdıb, iqtisadiyyatını zəiflədib.

“İnanıram ki, beynəlxalq ictimaiyyət Suriyanın yenidən qurulması üçün çalışır".

Pərvanə Ağazadə

AzNews.az