"Müstəqil dövlət qurulması sülhə xidmət etməyəcək" - Merkel İraq kürdlərinə səsləndi

Almaniya iki il əvvəl İraq Kürdüstan Regional İdarəetməsinin keçirdiyi referendumu da dəstəkləməyib

“Mən İraqın ərazi bütövlüyünü dəstəkləyirəm”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel keçmiş Xarici İşlər naziri Sigmar Gabriel ilə Aşağı Saksoniya əyalətinin Goslar şəhərində bir məktəbi ziyarət edərkən verdiyi açıqlamada deyib.

“Müstəqil Kürd dövləti qurulmasının bölgədəki sülhə xidmət edəcəyini düşünmürəm”.

Kansler İraqda yaşayan kürdlərə ədalətli şərtlər təqdim ediləcəyini vurğulayıb.

Xatırladaq ki, Almaniya iki il əvvəl İraq Kürdüstan Regional İdarəetməsinin keçirdiyi referendumu da dəstəkləməmişdi.

Əvvəlki illərdə Almaniya kansleri iraqlı həmkarlarının həm Berlin səfərində, həm də digər platformalarda müstəqil kürd dövlətinin yaradılmasına qarşı çıxmışdı.

Pərvanə Ağazadə

AzNews.az