- Dünyanın halı
- 26 İyun 2019 22:24
- 3 482
Vladimir Putin İnquşetiyaya yeni rəhbər təyin edib
 
            Mahmud Əli Kalimatov İnquşetiya rəhbəri vəzifəsini icra edəcək
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Vladimir Putin yeni təyinatla bağlı müvafiq əmr imzalayıb.
Bildirilib ki, bundan əvvəl Rusiya Prezidenti respublikanın sabiq başçısı Yunus-Bek Yevkurovla görüşüb, onun istefasını qəbul edərək, işlədiyi dövrdəki xidmətlərinə görə təşəkkür edib.
Qeyd edək ki, İnquşetiyanın yeni rəhbər vəzifəsini icra edəcək Kalimatov 9 aprel 1959-cu ildə anadan olub. O, Kuybişev Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 
Samara, habelə İnquşetiya Prokurorluğunda çalışıb.
2015-ci ildən son təyinatadək Samara rayonunda Təbiətə Nəzarət İdarəsinə rəhbərlik edib.
Evlidir, iki övladı var.(APA)
 
                 
                             
                             
                             
                             
                             
                            