Zelenski baş nazirdən XİN rəhbərini cəzalandırmağı tələb etdi

"Nəticə barədə mənə məlumat verilməlidir"

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Baş Naziri Vladimir Qroysmandan Xarici İşlər Naziri Pavel Klimkini intizam məsuliyyətinə cəlb etməyi tələb edib.

“TASS” agentliyinin verdiyi xəbərə görə, dövlət başçısının bu tələbinə səbəb kimi Klimkinin Rusiyada saxlanılan ukraynalı dənizçilərin azadlığa buraxılması ilə bağlı iyunun 25-də Rusiya tərəfindən nota alması ilə bağlı onu məlumatlandırmamağı olub.

Zelenski Klimkinin xarici siyasətdəki gərginliyə görə şəxsən məsuliyyət daşıdığını bəyan edib.

“Xarici İşlər Nazirliyinə qarşı intizam icraatının aparılması məsələsinin qaldırılmasını zəruri sayıram və nəticə barədə mənə məlumat verilməlidir, - deyə Ukrayna Prezidenti bildirib.(qafqazinfo.az)

AzNews.az