Çənin düşdüyü yerdə yanğın başlayıb Çənin düşdüyü yerdə yanğın başlayıb

Hindistanda qırıcı uçarkən yanacaq çəni düşdü

Çənin düşdüyü yerdə yanğın başlayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcının uçuş zamanı yanacaq çəni yerə düşüb.

Hadisə ölkənin cənubunda, Tamilnad ştatında baş verib.

Yanacaq çəni kənd ərazisində fermaların birinə düşüb. Çənin düşdüyü yerdə yanğın başlayıb.

Yanğının qarşısı qısa müddət ərzində alınıb, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.(trend.az)

AzNews.az