Avstraliyada terrorun qarşısı alındı

Onların 20, 23 və 30 yaşları yayıb

Avstraliyada terrorçuların planları puça çıxıb.

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Keçirilən əməliyyat nəticəsində 20, 23 və 30 yaşlı 3 nəfər həbs edilib.

Onlardan ikisi "İslam Dövləti" (İŞİD) terror təşkilatına xidmət etməkdə, üçüncüsü isə sosial təminat sahəsində dələduzluqda ittiham olunub.

Polisin məlumatına görə, saxlanılanlar polis bölmələrini, müdafiə müəssisələrini, səfirlikləri, idarələri, məhkəmə və kilsələri partlatmağı planlaşdırıblar.

Polis kifayət qədər sübut topladıqdan sonra onları nəzarətə götürüb.

Hüquq-mühafizə orqanları tutulanların adlarını açıqlamayıb. Onların tezliklə məhkəmə qarşısında duracaqları deyilir.

Babək Göyüş

AzNews.az