Kremlin və rəsmi Kiyevin öz versiyası var Kremlin və rəsmi Kiyevin öz versiyası var

Putin Zelenski ilə telefonla nədən danışıb? – Bəzi detallar açıqlandı

Kremlin və rəsmi Kiyevin öz versiyası var

11 iyul cümə axşamı, Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putin arasında ilk söhbət oldu.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, dialoq telefon danışığı formatında baş tutub. Söhbət haqqında ilk olaraq Moskvada bəyan etdilər, təşəbbüsün Kiyevdən gəldiyini ayrıca vurğuladılar.

Ukraynanın "Apostrof" nəşri hazırda bu söhbət haqqında məlum olan bütün məlumatları toplayıb.

Telefon danışığı haqqında ilk məlumatlar (Putin və Zelenski arasında) saat 18.55-də ortaya çıxdı. Kremlin sahibinin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbət baş tutub və Kiyevin təşəbbüsü ilə həyata keçirilib.

Moskvanın versiyasına görə, prezidentlər bir neçə mövzunu müzakirə ediblər:

Donbassda silahlı münaqişənin həlli, tutulan şəxslərin azad edilməsi, Normand formatında danışıqlar.

Prezidentlərin heç bir sitatı verilməyib.

40 dəqiqədən sonra saat 19:35-də söhbət Ukrayna prezidentinin saytında rəsmən təsdiqləndi. Bununla yanaşı, Zelenskinin mətbuat xidməti kimin təşəbbüsü ilə dialoqun baş tutduğunu dəqiqləşdirməyib.

Söhbətin Moskvanın səsləndirdiyi versiyasından mühüm fərqi Peskovun səsləndirilməsini "unutduğu" ukraynalı dənizçilərin əsir düşməsi olub.

Kiyevin versiyasına görə, prezidentlər bu mövzuları müzakirə ediblər:

Əsir düşən ukraynalı dənizçilərin azad edilməsi (bunun əsas mövzu olduğu qeyd olunur), Kreml tərəfindən digər ukraynalı məhbusların azad edilməsi, Normand formatında danışıqlar.

Bununla da bütün rəsmi məlumatlar başa çatır. Ancaq sosial şəbəkələrdə “Legitimnıy” teleqram kanalı Kremlə istinadən bəzi məlumatları yayıb:

Bu, Zelenskinin Putinə zəng etmək üçün ilk cəhdi idi. Kremlin rəhbəri dərhal əlaqə saxlayıb. O, vaxtilə Poroşenko ilə danışmaqdan imtina edib;

Putin və Zelenski arasında söhbət məhsuldar olub və dostluq şəraitində keçib (Şübhəsiz ki, Kiyevin versiyası fərqli ola bilər)

Söhbət belə başlayıb. Zelenski Putinə Ukraynadakı seçkinin nəticələrini nə zaman tanıyacağını soruşub. Yəqin ki, o, Kremlin sahibinin Ukraynanın yeni rəhbərini nə vaxt təbrik edəcəyini öyrənmək istəyib. Putin isə "mən qısa olacağam" üslubunda cavab verib: tezliklə.

Babək Göyüş

AzNews.az