"Şərh edə bilmərəm" "Şərh edə bilmərəm"

Rusiya Ukrayna dənizçilərini geri qaytarır? - mübadilə məsələsi müzakirə edilir

"Şərh edə bilmərəm"

Rəsmi Kiyevlə Moskva saxlanılan Ukrayna dənizçilərinin mübadiləsi məsələsini müzakirə edirlər.

AzNews.az xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

RF XİN başçısının müavini Qriqori Karasin məlumatı təsdiq edib.

O, jurnalistlərə "Əlbəttə müzakirə edirik" cavabını verib. Amma digər şərh verməkdən imtina edib:

"Şərh edə bilmərəm".

Bundan əvvəl Federal Təhlükəsizlik Bürosu (FSB) ukraynalı dənizçilərin həbsinin üç ay müddətinə uzadılmasını tələb edib.

Babək Göyüş

AzNews.az