- Türkiyə
- 15:40
- 1 170
Türk Hava Yolları bu tarixdən İrəvana uçuşlara başlayır
Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistan mediası "Zvartnots" hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar gündəlik olacaq, 14 maydan etibarən uçuşların sayı həftədə 10-a qədər artırılacaq, 15 iyundan sonra isə həftədə 14-ə çatacaq.
Aznews.az