Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir

Aİ KXDR-yə qarşı sanksiyaların müddətini uzatdı

Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir

Avropa İttifaqı (Aİ) Koreya Xalq Demokratik Respublikasının fiziki və hüquqi şəxlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir.

Sənəddə qeyd edilir ki, Aİ Şurası aktivlərin dondurulması və hərəkətin məhdudlaşdırılması tətbiq edilən şəxslərin xüsusi siyahısını yenidən nəzərdən keçirib. Aİ sanksiyaları fərdi qaydada 57 nəfərə və 9 hüquqi şəxsə qarşı qüvvədədir.

Bundan əlavə, Aİ-nin KXDR-ya qarşı sanksiyalar siyahısında BMT Təhlükəsizlik Şurasının qətnamələrindən adları çəkilən 80 fiziki və 75 hüquqi şəxs var.

Sanksiyalar KXDR-nın nüvə silahının və ballistik raketlərin hazırlanması üzrə fəaliyyəti ilə əlaqədar tətbiq edilib.(trend.az)

AzNews.az