Gəmidə Hindistan, Rusiya, Latviya və Filippindən olan 23 dənizçi var Gəmidə Hindistan, Rusiya, Latviya və Filippindən olan 23 dənizçi var

İranın saxladığı Britaniya gəmisi ilə bağlı İsveçdən açıqlama

Gəmidə Hindistan, Rusiya, Latviya və Filippindən olan 23 dənizçi var

"İran hökumətinin nəzarətində olan Britaniyanın "Stena İmpero" neft tankeri bütün naviqasiya və beynəlxalq qaydalara tam uyğun idi".

AzNews.az xəbər verir ki, bu barədə "Stena Bulk and Northern Marine Management" adlı şirkətin rəsmi səhifəsində yayımlanan açıqlamada deyilir:

"Stena Bulk and Northern Marine Management" İsveçə məxsus "Stena İmpero" neft tankerinin artıq ekipajın nəzarətində olmadığını təsdiqləyir".

Stena Bulk-un prezidenti Erik Hanell bildirib ki, gəmidə Hindistan, Rusiya, Latviya və Filippindən olan 23 dənizçi var.

Hanell vəziyyətin həlli üçün həm Britaniya, həm də İsveç hökuməti ilə sıx əlaqədə olduqlarını bildirib.

"Biz həmçinin dənizçilərin ailələri ilə də təmasdayıq", - deyə Hanell əlavə edib.

Pərvanə

AzNews.az