Seçkidən sonra Zelenskidən ilk Açıqlama

“Xalqın xidmətçisi” partiyası növbədənkənar parlament seçkilərində seçicilərin 43-44 faiz səsini toplayıb

Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclaslarında impiçment haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

Bu barədə “exit-poll”un nəticələri açıqlanandan sonra “Xalqın xidmətçisi” partiyasının qərargahında keçirdiyi brifinqdə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

Qeyd edək ki, Zelenski prezident seçkiləri ərəfəsində impiçment haqqında qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulasa da, hələ də Ali Radada müzakirəyə çıxarılmayıb.

Xatırladaq ki, “exit-poll”un nəticəsinə görə, Zelenskinin rəhbəri olduğu “Xalqın xidmətçisi” partiyası növbədənkənar parlament seçkilərində seçicilərin 43-44 faiz səsini toplayıb.