- Dünyanın halı
- 21 İyul 2019 23:32
- 3 198
Ukraynalı nazir Bakıda səs verdi

"Öz vətəndaş vəzifəmi yerinə yetirdim"
Ukraynanın gənclər və idman naziri İgor Jdanov ölkəsində keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində səs verib.
Bu barədə İ.Jdanov öz rəsmi "Facebook" səhifəsində məlumat yayıb.
Nazir səfirliyə səsverməni təşkil etdiyinə görə minnətdarlığını bildirib: "Öz vətəndaş vəzifəmi yerinə yetirdim. Siz də harada olmağınızdan asılı olmayaraq, səsvermədə iştirak edin və öz şüurlu seçiminizi edin".
Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. (APA)