- Dünyanın halı
- 28 İyul 2019 07:25
- 3 055
Nigeriyada "Boko Haram" terrorçuları 23 nəfəri öldürdü

Silahlılar motosikletlərlə Borno ştatında bir kəndə gəlib
Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının üzvlərinin hücumu nəticəsində azı 23 nəfər ölüb.
Bu barədə “France-Press” agentliyi məlumat yayıb.
Bildirilir ki, silahlılar motosikletlərlə Borno ştatında bir kəndə gəlib və dəfn mərasimindən qayıdan insanlara atəş açıblar. (APA)