Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb

Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb

Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürüb

Bu barədə “Diji 24” nəşri məlumat yayıb. Bildirilib ki, xəstə daha 9 nəfərə xəsarət yetirib. Qeyd olunub ki, kişi xəstəxanaya “Ağ isitmə” (Daim spirtli içkilər içən insanların beyin qabığının zədələnməsi) diaqnozu ilə gətirilib.

Xəsarət alan şəxslər kəllə-beyin travması alıb. Cinayətkar zərər çəkmiş şəxslərdən birinin tibb işçilərinə xəstənin hücumu barədə xəbərdar etməsindən sonra saxlanılıb.

O, əlində tibbi spirtlə polislər tərəfindən xəstəxanın çıxışında tutulub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərin bütün təfərrüatlarını öyrənirlər. (Report)