Şahzadə Harri Meqan Marklın güdazına getdi

Indi bir növ riyakar, bir qədər çaşqın şahzadə olub

Britaniya şahzadəsi Harri “xalqın sevimlisi” nüfuzunu itirə bilər.

Bu barədə kral eksperti Dunkan Larkomb “The Sun” ilə söhbətində bildirib.

O, şahzadə Harri və həyat yoldaşı Meqan Marklın bir “PR fəlakətindən” digərinə keçdiyini qeyd edib.

Larkomb Sasseks hersoqlarının tətildən geri dönmək üçün şəxsi təyyarədən istifadə etdiklərini xatırladıb və qeyd edib ki, şahzadə Harri əvvəllər öz dostları ilə büdcə aviaxətləri ilə sərbəst şəkildə səyahət edə bilərdi.

“O, (şahzadə Harri) xalq şahzadəsi idi, indi bir növ riyakar, bir qədər çaşqın şahzadə olub. Buna görə o, populyarlığını itirəcək və bu, faciədir, çünki mən onu yaxşı insan hesab edirəm”, - Larcomb bildirib.

Xatırladaq ki, avqust ayında şahzadə Harri və Meqan Markl ətraf mühitə qarşı məsuliyyətsizlik etdikləri üçün sosial şəbəkələrdə tənqid olunublar. Belə ki, son 11 gün ərzində Sasseks hersoginyası şəxsi təyyarələrdə dörd uçuş edib. Bu da hər bir daşınmış sərnişinə nəzərən atmosferə istixana effektinə gətirib çıxaran yeddi dəfə çox karbon dioksidi atıb.

AzNews.az