Çağırılmamış qonaq tələyə məhəl qoymayıb və karnizdə yuxuya gedib Çağırılmamış qonaq tələyə məhəl qoymayıb və karnizdə yuxuya gedib

ABŞ-da yenot hakimin evini “zəbt etdi”

Çağırılmamış qonaq tələyə məhəl qoymayıb və karnizdə yuxuya gedib

Texas ştatının Rouzbad şəhərində yenot yerli hakim Metyu Raytın evini 20 saat müddətinə ələ keçirib.

Bunu hakim özünün “Facebook” səhifəsində yazıb.

Heyvan Raytın evinə sentyabrın 2-də səhər saat 5-də girib. Hakim onun əşyalarını korlayan yenotu tutmağa xeyli vaxt sərf etməli olub.

Daha sonra adam heyvanı tutmaq cəhdlərinin necə keçdiyini danışıb.

“Demək olar, “divara dirənmişik”. Biz strateji geri çəkilməyə qərar verdik: düşmənin yemək üçün yerindən çıxmağa risk edəcəyinə ümid edərək tələlər qurduq. Bu cinayətkarı “şirin” hesab edən ilk adam onun sahibi olacaq",- deyə hakim yazıb.

Ancaq çağırılmamış qonaq tələyə məhəl qoymayıb və karnizdə yuxuya gedib.

20 saatdan sonra Rayt yenotu tutmağı bacarıb.(oxu.az)

AzNews.az