O, 2014-cü ildən ölkə prezidenti vəzifəsindədir O, 2014-cü ildən ölkə prezidenti vəzifəsindədir

Qaninin mitinqindəki partlayışa görə məsuliyyəti üzərinə götürən tapıldı

O, 2014-cü ildən ölkə prezidenti vəzifəsindədir

Əfqanıstanın paytaxtı Kabildə və prezident Məhəmməd Əşrəf Qaninin iştirak etdiyi seçkiqabağı mitinqdə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə “Taliban” silahlı qruplaşmaları götürüb.

Bu barədə AzNews.az TASS-a istinadən xəbər verir.

Xatırladaq ki, bu gün Əfqanıstanda prezident Əşrəf Qaninin Pərvan vilayətindəki seçki mitinqi zamanı partlayış baş verib. Nəticədə 24 nəfər dünyasını dəyişib, 31 nəfər yaralanıb.

Bir müddət sonra isə Kabilin mərkəzində daha bir partlayış baş verib. Nəticədə, azı üç nəfər həlak olub, bir neçə şəxs yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda bir neçə dəfə təxirə salınmış prezident seçkiləri sentyabrın 28-də keçiriləcək.

Əşrəf Qani 2014-cü ildən ölkə prezidenti vəzifəsindədir. Əfqanıstan konstitusiyasına görə, prezident bir dəfə uzadıla biləcək beş illik müddətə seçilir.

Pərvanə

AzNews.az