Faktla bağlı cinayət işi açılıb Faktla bağlı cinayət işi açılıb

Yanacaqdoldurma məntəqəsində üç nəfər güllələndi

Faktla bağlı cinayət işi açılıb

Ukraynanın Nikolayev şəhərində qazdoldurma məntəqəsində 3 nəfər güllələnib.

Yerli mətbuat xəbər verir ki, “Faktor” qazdoldurma məntəqəsində üzərlərində zorakılıq əlamətləri ilə olan üç meyit aşkarlanıb.

“Ölənlərin cəsədlərini səhər saatlarında həyat yoldaşının yanına gələn yanacaqdoldurma məntəqəsi işçilərinin birinin xanımı aşkar edib. Öldürülənlərdən ikisi yanacaqdoldurma məntəqəsinin işçiləridir”, - deyə məlumatda qeyd olunub.

Faktla bağlı cinayət işi açılıb, cinayətkarın həbsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(AZƏRTAC)

AzNews.az