- Dünyanın halı
- 23 Sentyabr 2019 19:35
- 1 771
Dünyanın ən qədim tur operatoru iflasa uğradı

Şirkət 1841-ci ildə Tomas Kuk tərəfindən yaradılıb
Dünyanın ən böyük turizm şirkətlərindən olan ingilis tur operatoru “Tomas Kuk”u xilas etmək üçün son dəqiqələrdə aparılan danışıqlar nəticəsiz qalıb və şirkətin iflas etdiyi açıqlanıb.
Bu qərardan sonra dünyanın bir çox yerlərinə bu şirkətin xətti ilə səfərə çıxan 150 mindən çox turist geri dönmək zorunda qalıb. Şirkətin 20 mindən çox işçisinin gələcək taleyi isə sual altındadır.
Qeyd edək ki, şirkətin Böyük Britaniyada 9 min nəfərin işlədiyi 563 ofisi var, daha 11 min nəfər isə başqa ölkələrdə yerləşən ofislərində çalışır.
Xatırladaq ki, şirkət 1841-ci ildə Tomas Kuk tərəfindən yaradılıb.(AZƏRTAC)
AzNews.az